Messi və Pike arasında dava düşdü

13:09 - 4 Fevral 2020 - İDMAN

“Barselona”da baş məşqçi dəyişikliyinə baxmayaraq, komanda daxilində sabitlik yaranmayıb.

“HaberGlobal”ın İspaniyanın AS nəşrinə istinadən verdiyi məlumata görə, komandanın məşqi zamanı ulduz futbolçular arasında dava baş verib. La Liqada son yeddi oyununda yalnız üç qələbə qazanan və baş məşqçisini dəyişən “Barsa”da komandadaxili qruplaşmalar yaranıb.

Bunun nəticəsində komandanın məşqində iki ulduz futbolçu – Lionel Messi və Jerar Pike arasında dava baş verib. Futbolçular arasındakı gərgin anlar komanda yoldaşlarının araya girməsi ilə sona çatıb./oxu.az

Xəbər xətti