Seçkilərə görə Azərbaycan Premyer Liqasının təqvimi dəyişib

14:32 - 31 Yanvar 2020 - İDMAN

Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb.

Turun təqvimində dəyişiklik edilib. Milli Məclisə seçkilərlə əlaqədar olaraq tur əvvəlcədən nəzərdə tutulduğu kimi fevral 8-9-da deyil, 7-8-də keçiriləcək. 2 günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası

XVI tur
7 fevral (cümə)
“Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”, 19:00
“Keşlə” – “Səbail”
“ASK Arena”, 17:00
8 fevral (şənbə)
“Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00
“Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”, 17:30
/apasport

Xəbər xətti