Masallıda 28 yaşlı oğlan dəm qazından boğulub

11:01 - 22 Yanvar 2020 - HADİSƏ

Masallıda dəm qazından boğulma hadisəsi baş verib.

Hadisə rayonun Bədəlan kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Fuad Bağışov yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Hadisə yerinə baxış keçirilib, meyit müayinə edilib, həmçinin digər zəruri istintaq hərəkətləri aparılıb.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb./Apa

Xəbər xətti