Metroda oğurluq edən şəxs tutulub

Bakı metrosunda qadınlardan oğurluq edən şəxs tutulub.

Hadisə yanvarın 19-da saat 19:30 radələrində, metronun “İnşaatçılar” stansiyasında qatarda qeydə alınıb.

Belə ki, naməlum şəxs paytaxt sakini N.Həmidovanın cibindən mobil telefonunu qeyri-aşkar şəraitdə oğurlayıb.

Daha sonra N.Həmidova hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Bakı Metropolitenində Polis Şöbəsinin Cinayət Axtarış Qrupunun keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elçin Əliyev tutulub.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, E.Əliyev həmin gün 14:30 radələrində metronun “28 May” stansiyasında 1982-ci il təvəllüdlü X.Abudovanın da mobil telefonunu oğurlayıb.

Bundan başqa, bir neçə gün əvvəl onun K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanası) 2 yaxşlı uşağın əlində olan mobil telefonu da oğurlladığı müəyyənləşib.

Faktla bağlı araşdırmalar aparılır, E.Əliyevin digər əməlləri də istisna edilmir./report

 

Tarix
21 Yanvar 2020 [10:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-01-21 10:07:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin