Ərdoğan: “Xəlifə Haftar etibarlı adam deyil”

17:35 - 17 Yanvar 2020 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftarın Liviya Milli Razılıq hökuməti ilə sülh müqaviləsi imzalamağa hazır olması barədə açıqlamasına münasibət bildirib.  

“Report” İHA-ya istinadən xəbər verir ki, R.T.Ərdoğan marşal X.Haftarın etibarlı adam olmadığını söyləyib. “Hər şey Berlində məlum olacaq”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Qeyd edək ki, Liviya Milli Ordusunun rəhbəri Xəlifə Həftər yanvarın 17-də Afinada Yunanıstanın xarici işlər naziri Nikos Dendiasla görüşdə müəyyən şərtlərlə sülh müqaviləsini imzalayacağına söz verib.

Xatırladaq ki, yanvarın 14-də Almaniyanın paytaxtı Berlində Liviya münaqişəsinin tənzimlənməsinə həsr olunan konfrans keçiriləcək. Konfransa ABŞ, Rusiya, Türkiyə, Misir, Avropa İttifaqı, BMT nümayəndələri və digər ölkələrin təmsilçiləri dəvət edilib.

Xəbər xətti