Bu gün Senatda Trampın impiçmenti məsələsi müzakirə olunacaq

08:39 - 16 Yanvar 2020 - DÜNYA

ABŞ Senatı bu gün prezident Donald Trampın impiçmenti proseduru çərçivəsində ittihamların müzakirəsinə başlayacaq. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikaçı əksəriyyətin lideri Mitç Makkonel bildirib. Senatda çıxış edən Makkonnell bildirib ki, yerli vaxtla günorta (Bakı vaxtı ilə saat 21:00-da) Nümayəndələr Palatasından olan ittihamçıları dinləyəcəklər. Palatanın üzvləri Tramp əleyhinə ittiham maddəsini senatorlara təqdim edəcəklər.

Xəbər xətti