Ərdoğan:“Liviyaya Türkiyə hərbçilərinin göndərilməsinə başlanılıb”

23:49 - 5 Yanvar 2020 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyaya türk hərbi qulluqçularının göndərilməsinin başlandığını bildirib.

“Report”un məlumatına görə, bu barədə dövlət başçısı CNN Turk telekanalının efirində xəbər verib. "Bizim hərbçilərimizin vəzifələrinə koordinasiya hərəkətləri daxildir. Türkiyə hərbçiləri qanuni hökumətin (Liviyada) təhlükəsizliyini təmin etmək üçün tədricən göndərilməyə başlayıblar", - CNN Turk telekanalının efirində Türkiyə lideri deyib.

Xəbər xətti