Salyanda avtomobil piyadanı vurub

10:22 - 4 Yanvar 2020 - HADİSƏ

Salyan şəhərində avtomobil piyadanı vurub. Şəhərin Qüdrət Səmədov küçəsi 99 ünvanda yaşayan, 1965-ci il təvəllüdlü Qardaşov Rahil Qardaş oğlu yolu keçmək istəyən zaman onu minik avtomobili vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. R.Qardaşovun hadisə vaxtı sərxoş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. /report

Xəbər xətti