Rusiyada sərnişin təyyarəsi təcili eniş edib

10:00 - 4 Yanvar 2020 - DÜNYA

"Red Wings" aviaşirkətinə məxsus "Airbus-320" sərnişin təyyarəsi Rusiyanın Perm şəhərindəki "Bolşoye Savino" hava limanına təcili eniş edib.  Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir. Tümendən Sankt-Peterburqa uçan təyyarənin təcili eniş etməsinə səbəb naviqasiya avadanlıqlarındakı problem olub. Layner Bakı vaxtı ilə saat 8:00 radələrində eniş edib. Təyyarənin göyərtəsindəki 176 sərnişindən heç biri xəsarət almayıb.

Xəbər xətti