Kürdəmirdə "Kamaz" "VAZ 2107" ilə toqquşub- ölən var

12:25 - 2 Yanvar 2020 - HADİSƏ

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb. Sürücü 1992-ci il təvəllüdlü Manafov Mayıl Habil oğlu "Kamaz" markalı yük maşını ilə hərəkətdə olarkən onunla əks istiqamətdə gələn Paşayev Raqif Süleyman oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomaşınla toqquşub. Nəticədə rayon sakini R.Paşayev elə hadisə yerindəcə dünyasını dəyişib. Hadisəyə səbəb kimi "Kamaz" markalı yük maşınının "VAZ"ın yoluna çıxması göstərilir. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti