Bakıda 36 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib

00:06 - 2 Yanvar 2020 - HADİSƏ

Bakının Suraxanı rayonunda qətl törədilib. APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. 1983-cü il təvəllüdlü Dövlətov İlkin İbrahim oğlu naməlum şəxslərlə mübahisə zamanı bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Lakin həkimlərin bütün tibbi yardımlarına baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi və Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər xətti