İki gün əvvəl qəza törədən sürücü öldü

15:21 - 24 Dekabr 2019 - HADİSƏ

Goranboyda qəza törədən sürücü Bakıda öldü.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qəza dekabrın 22-i səhər saat 07 radələrində rayonun Qızılhacılı qəsəbəsi ərazisində baş verib. Göygöl rayon sakini, 1971-ci il təvəllüdlü Alik Əhmədov özünə məxsus “Naz-Lifan” markalı 25 BG 739 nömrəli avtomobilin idarəetməsini itirərərək aşırıb. Xəsarət alan A.Əhmədov Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Dekabrın 23-ü xəstəxanada vəfat edib. Məhkəmə tibb ekspertizası təyin edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. 

Xəbər xətti