Gəncədə ana və 5 yaşlı qızı qazdan zəhərlənib

09:14 - 22 Dekabr 2019 - HADİSƏ

Gəncədə zəhərlənmə hadisəsi qeydə alınıb. APA-nın məlumatına görə, hadisə şəhərin Bağman yaşayış massivində baş verib. Şəhər sakini, 27 yaşlı Almaz Quliyeva və onun 5 yaşlı qızı Səma Quliyeva qazdan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Dərhal xəstələrə lazimi tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildilir. Qeyd edək ki, ilkin məlumata görə, ana və övladı  evdə qaz sobasının sönməsi nəticəsində otağa dolan qazdan zəhərləniblər.

Xəbər xətti