Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bratislavada keçirilən 26-cı Nazirlər Şurası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, gorüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə  dair ətraflı fikir mübadiləsi aparıb. Nazir Elmar Məmmədyarov həmsöhbətini ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında baş tutmuş son görüş barəsində məlumatlandırıb. O, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməsinin və bu xüsusda, Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxardılmasının və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının vacibliyini vurğulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tarix
5 Dekabr 2019 [20:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-05 20:31:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin