Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-na təyin edildi - SƏRƏNCAM

16:40 - 5 Dekabr 2019 - Xəbər

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilir.

 

Xəbər xətti