Bu gün futbol üzrə Azərbaycan Kubokunun daha üç oyunu keçiriləcək

09:00 - 4 Dekabr 2019 - İDMAN

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/8 finalının daha üç oyunu keçiriləcək. Oyunların nəticələrindən kubokun 1/4 finalındaki Neftçi, Qəbələ və Səbaıl komandalarının rəqibləri müəyyən olacaq. 14:00 Zirə - Qaradağ-Lökbatan; Bakı, Zirə idman kompleksinin stadionu. Baş hakim - Rəşad Əhmədov. Oyunun qalibi 1/4 finalda "Səbail" ilə qarşılaşacaq. 15:00 Sabah - Ağsu; Masazır, "Bank Respublika Arena" stadionu. Baş hakim Fərid Hacıyev. Oyunun qalibi 1/4 finalda "Qəbələ" ilə qarşılaşacaq. 17:00 Sumaqayıt - Zaqatala; "Kapital Bank Arena" stadionu. Baş hakim Nicat İsmayıllı. Qalib 1/4 finalda "Neftçi" ilə qarşılaşacaq. Hal hazırda 1/4 finalda qarşılaşacağı müəyyən olunmuş komandalar: "Keşlə"-"Qarabağ". 1/4 finalın qarşılaşmaları 15-16 və 19-20 dekabrda keçiriləcək.

Xəbər xətti