Roza Zərgərli: “Əkbər mənim sonuncu duet ortağımdır”

22:05 - 2 Dekabr 2019 - MAQAZİN

Müğənni Roza Zərgərli həmkarı Əkbər Əliyevlə birgə ifa etdiyi "Milyon şanslar" adlı klipinə təqdimat keçirib.

Ucnoqta.az xəbər verir ki, jurnalistləri başına toplayan ifaçı yeni işi haqqında ağızdolusu danışıb: "Əslində hər zaman tədbirimə sənət dostlarımı da dəvət edirdim. Amma bu dəfə ənənəmə sadiq qalmadım. İstədim ki, tədbirimdə ancaq jurnalistlər olsun. Bu dueti 20 ildən çox dostluq etdiyim həmkarımla ifa etdim. Əkbəri bundan öncə klipimə də çəkmişdim. Sonra qərara gəldim ki, duet oxuyaq. Düz 5-6 aydır ki, bu layihənin üzərində çalışırdıq. Klipə yay, payız görüntüləri lazım idi. Ona görə də bu qədər uzandı. Duet oxumağı mən Əkbərə təklif elədim, o da razı oldu. Düşünürəm ki, bu mənim sonuncu duet ortağımdır. Bu, mənim qərarımdır".

Qeyd edək ki, "Milyon şanslar" adlı mahnının musiqisi Hakan Erola, sözləri Leyli Erola məxsusdur.


Xəbər xətti