Bakıda YANĞIN- iki azyaşlı tüstüdən zəhərlənərək ölüb

22:26 - 29 Noyabr 2019 - HADİSƏ

Bakı şəhərində fərdi yaşayış evi yanıb. 

Hadisə paytaxtın Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın zamanı iki azyaşlı tüstüdən zəhərlənib. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər. /Apa

Xəbər xətti