Goranboyda çoban güllələnib

14:59 - 29 Noyabr 2019 - HADİSƏ

Goranboyda çoban güllələnib.

Hadisə “Boz dağ” ərazisində qeydə alınıb. Çobanlıqla məşğul olan, 2000-ci il təvəllüdlü Hümbətəliyev Şövqi Cəmşid oğlu sinə və baldır nahiyəsindən aldığı güllə xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin ehtimala görə, çoban dağlıq ərazidə ov edən şəxslərin silahından açılan atəş nəticəsində yaralanıb.
Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti