Bakıda qadını xüsusi amansızlıqla öldürdülər

09:57 - 29 Noyabr 2019 - HADİSƏ

Bakıda küçədə xüsusi amansızlıqla qətlə yetirilmiş qadın meyiti aşkarlanıb.

Məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Binəqədi rayonu, 7-ci mikrorayon, S.S. Axundov küçəsi, ev 15/1 ünvanının qarşısında üzərində zorakılıq əlamətləri ola qadın meyiti aşkar edilib.
Dərhal hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində meyitə baxış keçirib və ekspertiza təyin edilib. Meyitin xarici müayinəsi zamanı bədən səthi üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəllsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda qadının şəxsiyyəti və kim tərəfindən qətlə yetirilməsi ilə bağlı istintaq aparılır./trend

 

Xəbər xətti