İmişlidə avtomobil ağaca çırpıldı, sürücü öldü

20:46 - 28 Noyabr 2019 - HADİSƏ

İmişlidə avtomobilin ağaca çırpılması nəticəsində sürücü həyatını itirib. 

Hadisə rayonun Şahverdili kəndində baş verib. Rayonun Vəsala kənd sakini, 1987-ci il təvəllüdlü Gəncəliyev Vüsal Mustafa oğlu idarə etdiyi “Renaut” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın ağaca çırpılıb.
Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti