Bakıda 46 yaşlı kişi avtomobillə vurularaq öldürülüb

10:10 - 27 Noyabr 2019 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə noybarın 26-da Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna şossesi, Albalılıq Yeni Yaşayış Massivində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü, Kəlbəcər rayon sakini Fazil Məmmədov saat 20:50 radələrində yolun işıqlandırılmayan və piyada keçidi olmayan hissəsindən keçərkən naməlum markalı avtomobil tərəfindən vurulub.
Daha sonra o, aldığı bədən xəsarətləri nəticəsində müalicə olunduğu xəstəxanada vəfat edib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir./report

 

Xəbər xətti