Salyanda bir ailənin 7 üzvü zəhərləndi - 4-ü uşaqdır

09:56 - 24 Noyabr 2019 - HADİSƏ

Salyanda bir ailənin 7 üzvü dəm qazından zəhərlənib. Hadisə Qızılağac kəndində qeydə alınıb. Fərdi yaşayış evində qaz sobasının nasaz olması ucbatından evə qaz sızıb. Nəticədə 7 nəfər zəhərlənib. Zəhərlənənlər Səfərov Məhi Zeynal oğlu, Səfərova Aygün Bəxtiyar qızı və onların 1 aylıq övladı, Mehralıyeva Günel Bəxtiyar qızı və 3 azyaşlı uşağı zəhərlənmə diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. /qafqazinfo

Xəbər xətti