Şamaxıya qar yağdı - FOTO

12:10 - 21 Noyabr 2019 - Cəmiyyət

Şamaxıya qar yağıb.

İki gündür davam edən şaxtalı hava bu gün yerini qarla əvəzləyib.
Axşam saatlarından başlayaraq sulu qar, ardınca qar yağıb.
Qar, əsasən, rayonun dağlıq ərazilərinə - Pirqulu, Qizmeydan, Dəmirçi və Pirbəhli kəndlərində müşahidə edilib. Avtomobil yollarında hər hansı bir çətinlik yaranmayıb.

Hazırda qar yağıntısı davam edir./oxu.az


Xəbər xətti