Suraxanıda 2 otaqlı ev yanıb

10:52 - 21 Noyabr 2019 - HADİSƏ

Bakıda 2 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Suraxanı rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və əşyalar 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./trend

Xəbər xətti