Maşın aşdı, 3 yaşlı uşaq dünyasını dəyişdi

21:06 - 18 Noyabr 2019 - HADİSƏ

Qubada yol qəzası faciə ilə nəticələnib.

Ucnoqta.az oxu.az istinadən xəbər verir ki, hadisə Quba rayonunun İspik kəndində meşəlik ərazidə baş verib. İdarəetməni itirən VAZ2106 markalı avtomobil yoldan çıxaraq aşıb. Maşında olan azyaşlı 2016-cı il təvəllüdlü Poladov Polad Şaban oğlu ağır xəsarət alıb.

Azyaşlını Quba Mərkəzi rayon Xəstəxanasına çatdırmaq mümkün olmayıb. 3 yaşlı uşaq yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti