Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ

ABŞ-ın Ayova və Perdyu universitetlərinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri bildiriblər ki, hakerlər simsiz aksesuarlar vasitəsilə bəzi "Android" smartfonlarına müdaxilə etməyə müvəffəq olublar.

Ekspertlərin araşdırmasına görə, "Bluetooth" standartını dəstəkləyən qurğular cinayətkarlara smartfona müdaxilə etməyə, fərdi məlumatları oğurlamağa, hətta zəngləri ələ keçirməyə imkan verir. Hakerlər cihazlara müdaxilə üçün AT-interfeysdən istifadə edirlər. Smartfona göndərilən xüsusi əmrlər nəticəsində təhlükəli bağlantı yaradılır.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Aleksey Qrişin izah edib ki, cinayətkarlar Bluetooth-qurğunun smartfona qoşulması vaxtı yaranan boşluqdan istifadə edirlər. Onun sözlərinə görə, indi simsiz qurğular və cihazlar arasında rabitə protokolu daha təhlükəsizdir. Buna görə hakerlər yeni üsul (simsiz qarniturlar) axtarıb tapıblar.

Qurğunu daim yeniləyərək təhlükəsizliyi qorumaq olar. Çünki istehsalçılar hər yeniləmədə aşkar edilmiş boşluqları aradan qaldırırlar./baku.ws

Tarix
18 Noyabr 2019 [15:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-18 15:52:29
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin