Nadir Cem Yılmaz haqda DANIŞDI: "Ona görə, bədbəxtik" - VİDEO

13:25 - 18 Noyabr 2019 - MAQAZİN

"Mən elə adamı izləmirəm. Bizim ölkəmizə öz ölkəsində artıq sevilməyən insanları gətirirlər. Bir söz demişəm hamın məni qınayır, gəlin məni öldürün."

Bu sözləri Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində müğənni Nadir Qafarzadə deyib. Nadir Cem Yılmazı "qıjı" adlandırdığna görə sərt tənqid olunmasını dilə gəlib. Müğənni efir zamanı əsəblərinə hakim ola bilməyib. Fikirini belə izah edib:
"Yaxşıdır ki, Cem Yılmaz məni tənqid edənlərin qohumu deyil. Baxın biz beləyik də. Cem Türkiyədə mənə bir söz desəydi, hamı onun tərəfini tutardı. Onlar bir-birlərinin tərəfini tuturlar. Biz özümüzə dəyər vermirik. Bədbəxtik".

/azxeber.com

Xəbər xətti