Belarusda parlament seçkiləri keçirilir

11:35 - 17 Noyabr 2019 - DÜNYA

Belarusda parlament seçkiləri keçirilir. Bu barədə "Report" BELTA agentliyinə istinadən xəbər verir. Bildirilir ki, yerli vaxtla saat 8:00-da ölkənin 5831 seçki məntəqəsində səsvermələr başlayıb. Seçki məntəqələrindən 46-ı xaricdə fəaliyyət göstərəcək. Belarusda parlament seçkiləri majoritar sistemdə keçirilir. Ölkə parlamentində 110 yerə 513 namizəd iddialıdır. Seçkilərdə 6,8 milyondan çox seçicinin səs verəcəyi gözlənilir.  

Xəbər xətti