Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü

22:50 - 12 Noyabr 2019 - HADİSƏ

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Dağ Kəsəmən kəndində keçirilən toy mərasimində qeydə alınıb. Məlumata görə, 1979-cu il təvəllüdlü Orxan Salahov adlı kənd sakini hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

O, Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.
Toy sahibinin keçmiş icra nümayəndəsi - Şirzad adlı şəxs olduğu deyilir. /oxu.az

Xəbər xətti