İmişlidə qatar “Jiquli” ilə toqquşub

20:45 - 12 Noyabr 2019 - HADİSƏ

İmişlidə minik avtomobili qatarla toqquşub.

Məlumata görə, hadisə bu gün İmişli rayonunun ərazisindən keçən Bakı-Horadiz dəmir yol xəttinin 127-ci mənzilində baş verib.

Rayonun Yalavac kənd ərazisində dəmir yol xətti ilə avtomobil yolunun kəsişdiyi keçiddə rayon sakini Niyazəliyev Bayraməli Tofiq oğlunun idarə etdiyi 30-BD-375 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobili qatar vurub. Qəza nəticəsində xəsarət alan olmasa da, minik avtomobili yararsız hala düşüb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır./oxu.az

Xəbər xətti