Qazaxda 4 ədəd top mərmisi tapılıb -Foto

16:28 - 12 Noyabr 2019 - Xəbər

Qazax rayonunda 3 ədəd mərmi tapılıb.

Noyabrın 12-də saat 10:53-də Dövlət Sərhəd Xidmətindən (DSX) Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Qazax rayonunun Cəfərli və Köhnə Qışlaq kəndləri ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA Ucnoqta.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları tərəfindən birlikdə Cəfərli kəndinin ərazisinə baxış zamanı 2 ədəd 45 mm-lik top mərmisi (BR-240) və 1 ədəd tərkibində partlayıcı maddə olmayan 125 mm-lik top mərmisi (OF-26), Köhnə Qışlaq kəndinin ərazisinə baxış zamanı isə 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 350 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Xəbər xətti