Bakıda 47 yaşlı kişini kürəyindən bıçaqladılar

15:40 - 12 Noyabr 2019 - HADİSƏ

Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə metronun "Ulduz" stansiyasının yaxınlığında qeydə alınıb. 47 yaşlı Bağırov Süleyman Nurəddin oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılan yaralıya sağ kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır./olke.az

Xəbər xətti