Bakıda avtomobil gənc qadını vurub

22:52 - 11 Noyabr 2019 - HADİSƏ

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Quba sakini 1993-cü il təvəllüdlü Verdiyeva Səbinə Vüqar qızı yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağının 3 tərəfdən açıq sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti