Gəncədə “exchange” işçisi qətlə yetirildi- TƏFƏRRÜAT

10:25 - 11 Noyabr 2019 - HADİSƏ

Gəncədə qətl törədən şəxs tutulub.

Hadisə iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində törədilib. Belə ki, Mirağa Əliyevin idarə etdiyi avtomobillə 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində Dajban Nicat M.Əliyevi bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan M.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.
Dajban Nicat saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. /Apa


***09:45

Gəncədə qətl hadisəsi törədilib. Hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində olan şadlıq evlərinin birinin qarşısında baş verib. Toydan çıxan şəhər sakini 1989-cu il təvəllüdlü Əliyev Mirağa İlqar oğlu bıçaqlanaraq qətlə yetirilib. Cinayəti törədən şəxs qaçıb. Hazırda onun saxlanılması istiqamətində ənəliyyat tədbirləri həyata keçirilir. Məlumata görə, qətlə yetirilən şəxs şəhərin mərkəzində olan valyuta mübadiləsi məntəqəsində işləyirmiş./qafqazinfo

Xəbər xətti