Gürcüstan xarici agentlər haqqında qanuna gələn həftə üçüncü oxunuşda baxılacaq

17:37 - 10 May 2024 - SİYASƏT

Gürcüstan parlamentinin deputatları gələn həftə xarici agentlər haqqında qanun layihəsinə üçüncü və yekun oxunuşda baxacaqlar.

Ucnoqta.az xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili parlament çoxluğunun iclasından sonra keçirilən brifinqdə bildirib.

Parlamentin spikeri qanun layihəsinə səsvermənin gələn həftə baş tutub-tutmayacağını dəqiqləşdirməyib.

Xəbər xətti