Ötən gün 82 kiloqram narkotik aşkarlanıb

09:49 - 10 May 2024 - ÖLKƏ İÇİ

Polis əməkdaşları ötən gün ölkə ərazisində 82 kiloqramdan çox narkotik aşkarlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 74 kiloqramdan artıq marixuana, 5,3 kiloqramdan çox tiryək, 2,6 kiloqrama yaxın metamfetamin olub.

Xəbər xətti