UNRWA Şərqi Qüdsdəki qərargahını bağlayır

00:34 - 10 May 2024 - DÜNYA

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Şərqi Qüdsdəki qərargahını yandırma cəhdlərindən sonra bağlayır.

Ucnoqta.az xəbər verir ki, bu barədə agentliyin baş komissarı Filip Lazzarininin X səhifəsində dərc olunmuş bəyanatında deyilir.

"Bu gün axşam saatlarında israillilər UNRWA-nın işğal olunmuş Şərqi Qüdsdəki qərargahının perimetrini iki dəfə yandırıblar. Bu, UNRWA və BMT-nin digər agentliyinin əməkdaşları yerində olarkən baş verib. Əməkdaşlarımızdan heç kim xəsarət almasa da, yanğın ətrafa ciddi ziyan vurub. Bir həftədən az müddət ərzində baş verən ikinci dəhşətli hadisəni nəzərə alaraq, adekvat təhlükəsizlik bərpa olunana qədər kompleksimizi bağlamaq qərarına gəldim”, - deyə məlumatda bildirilir.

Xəbər xətti