Gəncədə 14 yaşlı qız dəm qazından zəhərlənib

16:01 - 10 Noyabr 2019 - HADİSƏ

Gəncədə 14 yaşlı qız dəm qazından zəhərlənib. APA-nın məlumatına görə, hadisə şəhərin Totanlı yaşayış massivində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Qurbanova Lalə Şıxəli qızı yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Gənc qız dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətin kafi olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti