“Hallı” sürücünün sərnişin avtobusunu dayanacağa çırpdığı anın - VİDEOsu

12:16 - 9 Noyabr 2019 - HADİSƏ

Noyabrın 3-də İstanbulun Beşikdaş rayonunda sərnişin avtobusunun dayanacağa çırpılması nəticəsində 1 nəfərin ölümü, 12 nəfərin də yaralanması ilə baş verən qəzanın görüntüləri yayımlanıb.

Kadrlarda, sərnişin avtobusunun olduqca sürətli olduğu, sürücünün çox gec əyləcə basdığı görülür.

Qeydə edək ki, qəzadan sonra sürücü Necdət Qaraquş əlində bıçaqla avtobusdan enərək dayanacaqda bir nəfəri bıçaqlayaraq dənizə atlamışdı və ardından da polis tərəfindən yaxalanmışdır.

O, ifadəsində hadisədən əvvəl narkotik maddə qəbul etdiyini etiraf edərək, çıxarıldığı məhkəmənin qərarı ilə həbs edilmişdir.

 

Namiq Musayev

 

Xəbər xətti