Sərnişin avtobusu rikşa ilə toqquşdu: azı 13 ölü, 3 ağır yaralı - FOTO

19:56 - 7 Noyabr 2019 - HADİSƏ

Pakistanın Matiari əyalətində sərnişin avtobusunun və motosiklet-rikşanın iştirakı ilə ağır yol-nəqliyyat vasitəsi baş verib. Ucnoqta.az xəbər verir ki, insident bu gün Karaçi-Mianvali avtomagistralının Hala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Pəncabdan Karaçiyə gedən sərnişin avtobusu, işçiləri daşıyan motosiklet-rikşa ilə toqquşub.

Nəticədə azı 13 nəfər dünyasını dəyişib, daha 3 nəfər ağır vəziyyətdə Heydərabad Mülkü Xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, ölən və yaralananların hamısı işçilər olub. Qəzaya səbəb olan avtobus sürücüsü polis tərəfindən həbs edilib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

Xəbər xətti