Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarına fəxri adlar verilib -Sərəncam

19:54 - 29 Oktyabr 2019 - Xəbər

Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Xalq artisti”

Abdullayev Kyazım Ənvər oğlu
Nurzadə Əli Qayıb oğlu

“Əməkdar artist”

Abdullayev Mətləb Fətəli oğlu
Babayeva Əminə Ağahüseyn qızı
Bəxtiyarov Rəşad Bəhram oğlu
Qarayev Elnar Cəfər oğlu.

Xəbər xətti