"Sevdim bağlandım"
"Xəzər TV”də yayımlanan "Səni axtarıram" verilişinə gələn kişi həyat yoldaşının sosial şəbəkədə tanış olduğu biri ilə qaçdığını bildirib. İki övladını ataraq başqa kişi ilə qaçan qadın canlı yayımda etdiyi hərəkətə haqq qazandıraraq bunları deyib: "Sevdim, bağlandım. Çox xoşbəxtəm".
Xanımın bu sözlərindən sonra həyat yoldaşı canlı yayıma qatılaraq bunları deyib: "Mən ona heç vaxt artıq söz deməmişəm. Nə istəyib etmişəm. İndi geyindiyi idman formasını da 47 manata almışam onun üçün. O gün onu lazerə aparmışam, 120 manat pul xərcləmişəm. Bundan artıq nə sevgi ola bilər?. Nə istəyib etmişəm. İş görməyib evdə. Ancaq iki uşağa baxmalı olub. Axırıncı dəfə uşaqlara da baxmayıb, mən işdə olmuşam./olke.az