Fədayə Laçından xəbər var

11:45 - 28 Oktyabr 2019 - Xəbər

Bakıda məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən müğənni Fədayə Laçın sabah azadlığa çıxacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a F.Laçının vəkili Nurəngiz Qarayeva məlumat verib. Onun sözlərinə görə, müğənni oktyabrın 29-da səhər saatlarında 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılacaq.

2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib.
Məhkəmənin sentyabrın 30-da verdiyi qərara əsasən, Konvoy Taborunun komandiri Bəhruz Abdullayevin cəzası 3 ilə endirilib və cəzasının qalanını məntəqə tipli cəzaçəıkmə müəssisəsində çəkəcək. Təqsirləndirilən Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.

Təqsirləndirilən Məhəmməd Hacıyevın, İsrafıl Soltanovun, Tərlan Zeynalovun, Anar Əsgərovun cəzaları 4 ilə endirilib. Aqil Nəcəfovun cəzası 8 ilə, Ceyhun Səmədovun cəzası 8 il 6 aya, Tural Poladxanovun cəzası isə 8 il 3 aya qədər azaldılıb.

Xəbər xətti