Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin kollektivinə təqdim olunub

11:19 - 28 Oktyabr 2019 - Xəbər

Azərbaycanda yeni təyin olunmuş İqtisadiyyat naziri Mikayıl Cabbarov nazirliyin kollektivinə təqdim olunub.

"APA-Economics"in məlumatına görə, yeni naziri kollektivə Azərbaycanın Baş naziri Əli Əsədov təqdim edib.
Qeyd edək ki, oktyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Mikayıl Cabbarov Vergilər naziri vəzifəsindən azad edilərək İqtisadiyyat naziri təyin olunub.

Xəbər xətti