Çində neft zavodunda partlayış - Ölən, yaralanan və itənlər var

10:03 - 28 Oktyabr 2019 - DÜNYA

Çinin şimal-qərbindəki Şensi vilayətində neft zavodunda partlayış baş verib.

Partlayış nəticəsində 5 nəfərin öldüyü, daha 5 nəfərin yaralandığı bildirilir. 3 nəfərin isə itkin düşdüyü deyilir.

Bildirilir ki, partlayış "Yangcheng Oil Field" şirkətinin həyətində baş verib. Partlayış nəqliyyat vasitəsinə quraşdırılan test qurğusunda qeydə alınıb.
Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir. Partlayış dalğasında itkin düşənlərin isə axtarışı davam etdirilir./trend

 

Xəbər xətti