Sabahın havası açıqlanıb

13:05 - 27 Oktyabr 2019 - ÖLKƏ İÇİ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman. Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 20-23°, Bakıda gecə 12-14° isti, gündüz 21-23° isti təşkil edəcək.
Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti təşkil edəcək.

Xəbər xətti