Bu marşrut üzrə hərəkət edən elektrik qatarları birgünlük işləməyəcək

12:48 - 26 Oktyabr 2019 - Xəbər

Bakı-Bakıxanov marşrutu üzrə hərəkət edən elektrik qatarları birgünlük işləməyəcək. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Böyük Şor-Bakıxanov mənzilində yerüstü piyada keçidinin dayaqlarının quraşdırılması ilə əlaqədar oktyabrın 27-də Bakı-Bakıxanov marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkəti birgünlük dayandırılacaq. Elektrik qatarı oktyabrın 28-dən ənənəvi qrafik üzrə sərnişinlərin istifadəsində olacaq.

Xəbər xətti