UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin üçüncü turu çərçivəsində oktyabrın 24-də Ağdamın “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika Stadionunda Kiprin APOEL klubunu qəbul edib.
Ucnoqta.az baku.ws-ə istinadən xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüş heç-heçə başa çatıb - 2:2. Qarşılaşmaya damğa vuran an kapitan Rəşad Sadıqovun kobud səhvi olub. Müdafiədən topu uzaqlaşdıra bilməyən Rəşad səhvi ilə 2-ci qolun vurulmasına səbəb olub.
Nəticədə hesab rəqibin xeyrinə 1:2 olub. Fasilədən sonra var gücü ilə irəli atılan “Qarabağ” matçın 58-ci dəqiqəsində oyunda tarazlığı təmin edib. Dani Kintananın cinah ötürməsindən sonra Ailton Silva dəqiq baş zərbəsi ilə rəqib qapısına yol tapıb – 2:2.
Qarşılaşma elə bu hesabla da bitib.