Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Milorad Dodik Azərbaycanda səfərdədir

22:42 - 24 Oktyabr 2019 - Xəbər

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb əsilli Sədri Milorad Dodik Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

Milorad Dodiki Azərbaycanın Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

 

Xəbər xətti